sıxlıq faktoru

ру фактор плотности en density factor de Konzentrationsfaktor fr facteur de densité es factor de densidad it fattore di densità
sıxlıq
sıxlıq qradiyenti
OBASTAN VİKİ
Sıxlıq
Sıxlıq — cismin kütləsinin onun həcminə nisbətinə bərabər olan fiziki kəmiyyətə deyilir. BS-də vahidi kq/m³-dir. Sıxlıq skalyar kəmiyyətdir. Maddələrin sıxlıqları müxtəlif olur. Suyun sıxlığı 1000 kq/m³-dir. Sıxlığın düsturu aşağıdakı kimi ifadə olunur: ρ = m V , {\displaystyle \rho ={\frac {m}{V}},} Burada "m" — cismin kütləsi, "V" — cismin həcmidir. Sıxlığın BS-də vahidi kq/m³, SQS-də isə q/sm³-dir. Bəzən qazların sıxlıqlarını hesablayan zaman aşağıdakı düsturdan istifadə edilir. ρ = M V m , {\displaystyle \rho ={\frac {M}{V_{m}}},} Burada "M" — qazın molyar kütləsi, V m {\displaystyle V_{m}} — qazın molyar həcmidir (normal həcmdə qazın həcmi 22,4 l/mol-dur).
Optik sıxlıq
Optik sıxlıq — işığın uducu mühitdə, aşkarlanmış fotolövhələrdə, işıq süzgəclərində və s. optik sistemlərdə udulmasını xarakterizə edən optik parametr. Buraxma əmsalının ( τ {\displaystyle \tau } ) tərs qiymətinin onluq loqarifmi ilə təyin olunur: D = lg ⁡ ( 1 / τ {\displaystyle D=\lg(1/\tau } ), yaxud D = lg ⁡ F d a x F x a r {\displaystyle D=\lg {\frac {F_{dax}}{F_{xar}}}} . Burada Fdax və Fxar uyğun olaraq verilmiş dalğa uzunluğuna malik işığın obyektə daxil olma və ondan xaric olma intensivliyidir. D=4 olması o deməkdir ki, işıq 104=10 000 dəfə zəifləyib, yəni insana bu, mütləq qara obyekt kimi görsənir. Optik sıxlıq monoxromatik şüalanma zamanı additiv kəmiyyətdir, yəni ardıcıl qoyulmuş bir neçə obyektin optik sıxlığı bu obyektlərin optik sıxlıqının additiv cə-minə bərabərdir. Şüalanma qeyri-monoxromatik olduqda, udma qabiliyyətinə malik olan obyektlərin optik sıxlığı ayrı-ayrı obyektlərin optik sıxlığının cəmindən kiçikdir. Səpici olmayan bircins mühitlər monoxromatik şüalanmaya məruz qaldıqda (uducu layın üzlərindən qayıtma nəzərə alınmadıqda) onların optik sıxlıqğı D= κ {\displaystyle \kappa } cl kimi təyin olunur (c—konsentrasiya, l—uducu mühit layının qalınlığı, κ {\displaystyle \kappa } —maddə-nin vahid konsentrasiyasın müvafiq udma əmsalıdır). Uducu layın işıq düşən və çıxan üzlərindən qayıtma baş verdiyi nəzərə alındıqda D = κ {\displaystyle \kappa } cl— lg[(1— R1) (1— R2)] olur (R1 və R2 uducu mühit üzlərinin qaytarma əmsallarıdır). Mühit qismən səpici olduqda optik sıxlıq düşən işıq dəstəsinin forma və ölçülərindən asılı olur.
Atmosfer faktoru
Q faktoru
Radiolar müəyyən bir elektromaqnit spektrini dinləmək üçün hazırlanmışdır. Radionun keyfiyyətini seçicilik və həssaslıq amillərinə görə qiymətləndirmək mümkündür, buna Q faktoru deyilir. Bu tezlik diapazonundakı radio qəbulediciləri keyfiyyətinə və xüsusiyyətlərinə görə bir çox fərqli modelə bölünə bilər.
Risk faktoru
Risk faktoru- müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri , həmçinin orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və sosial risk faktorları ayrılır. Əgər risk fatorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlar da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır ki, onlar da analoji təsnifata malikdir. Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı (əldə etdiyi) xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkərli diabeti və b. xəstəliklərə irsi meyillik mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkərli diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi faktoru köklük hesab olunur.
Hepatosit böyümə faktoru
Hepatosit böyümə faktoru (HBF) — spesifik olaraq, hepatositlərin proliferasiyasını sürətləndirən zülal təbiətli maddədir və təsiri hepatositlərin membranında yerləşən spesifik reseptorlar — HBFr — vasitəsilə həyata keçirilir. HBF-nin c-met onkogeninin məhsulu olduğu bildirilir. HBF-in bir neçə yerdə: ağciyərlərdə, böyrəklərdə, dəridə, leykositlərdə, Kuppffer hüceyrələrində sintez olunduğu guman edilir. Hesab edilir ki, HBF başlıca olaraq, retikuloendotelial sistem tərəfindən sintez edilir və bu sistemin aktivləşmə dövründə leykosit və limfositlərdən ifraz olunan böyümə faktorları qrupundandır. HBF-nin ifraz olunmasının başlıca səbəbi kimi, qaraciyərdə hüceyrə zədələnməsi göstərilir. Rezeksiya və toksiki hepatitlərdə qanda HBF-nin artmasını bu fikri təstiqləyən dəlil kimi göstərirlər. Rezeksiyadan sonra HBF və HBFr-in 15-ci dəqiqədən başlayaraq 24 saat ərzində artığı müşahidə edilmişdir. HBF-nin neoplastik proseslərdə də aktiv rol oynadığı bildirilir.
Beta transformasiyaedici böyümə faktoru
β — transformasiyaedici böyümə faktorları proteinlərdirlər və sitokinlərin bir qrupudurlar. Onlara bu ad kultural mühitdə normal hüceyrələrin fenotiplərini dəyişdirə bilmə xüsusiyyətlərinin olmasına görə verilib. β transformasiya edici böyümə faktoru 3 izoformada mövcuddur və molekul kütləsi 50KDa a bərabər iki homodimerdən təşkil olunmuşdur. β transformasiyaedici böyümə faktorunun produsentlərinə, bir sıra hüceyrələr , o cümlədən , stromal hüceyrələr, makrofaqlar və müxtəlif növ şiş hüceyrələri daxildirlər. O, qeyri aktiv formada sintez olunur, proteazaların hidrolitik təsirindən aktivləşdikdən sonra hüceyrəarası matriksin kompanentləri və α makroqlobulin molekulları ilə birləşir. İmmun sistemində β-transformasiyaedici böyümə faktorları özünü supressiv bir faktor kimi aparır. O, hemopoez prosesinə, iltihab sitokinlərinin sintezinə, limfositlərin interleykin-2,4 və 7 qarşı reaksiyalarına, təbii killer və T-sitotoksik hüceyrələrin formalaşmasına neqativ təsir göstərir. Bununla yanaşı, β tansformasiyaedici böyümə faktoru hüceyrəarası matriks zülüllarının sintezini, yaraların sağalmasını və anabolik prosesləri sürətləndirir. Onun differensisasiya təbiətli təsiri də məlumdur. Məsələn:o, plazmatik B hüceyrələrində immunoqlobulinlərin sintezini İg A istiqamətində yönəltməklə və İL-10 la birlikdə onun ifrazını 10 dəfə artırmaqla selikli qişanın müdafiəsini gücləndirə bilir.